Tarix: 24-07-2024, 14:25
Azərbaycanın 2024-cü ilin dürüstləşdirilmiş dövlət büdcəsinə əsasən 6 ayı üzrə Dövlət Gömrük Komitəsi üçün müəyyənləşdirilən 3 milyard 252,19 milyon manat proqnoza qarşı 3 milyard 252,22 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.
Bu barədə Shir.az DGK-nə istinadən xəbər verir.
Bununla da büdcə öhdəliyi 100 % icra olunub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə gömrük rüsumu və vergi daxilolmalarında artım 176,85 milyon manat və ya 5,8 % təşkil edib