Tarix: 25-07-2024, 11:50
Manila körfəzində Filippin bayrağı altında 1,4 milyon litr mazut daşıyan tanker çevrilərək batıb.
Shir.az xəbər verir ki, bu barədə "ABS-CBN News" məlumat yayıb.
Filippinin nəqliyyat naziri Xayme Bautista bildirib ki, 17 ekipaj üzvündən 16-ı xilas edilib, bir nəfər itkin düşüb.
Yerli hakimiyyət orqanları da buxtaya sızan yanacağın qarşısını almaq üçün səy göstərir.