Sudan döyüşçüləri 15 aylıq müharibədən sonra bu faciəni dayandırmalı və danışıqlar masasına oturmalıdırlar.
Shir.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel (Jozep Borrel) "X"də yazıb.
"Aİ avqustun 14-də İsveçrə və Səudiyyə Ərəbistanının birgə ev sahibliyi edəcəyi ABŞ tərəfindən planlaşdırılan atəşkəs danışıqları da daxil olmaqla müharibəyə son qoymaq üçün bütün səyləri dəstəkləməyə hazırdır", - o qeyd edib.
After 15 months of war, Sudan’s belligerents must stop this man-made tragedy and come to the negotiating table.
— Josep Borrell Fontelles (@JosepBorrellF) July 25, 2024
The EU stands ready to support all efforts to put an end to the war, including planned ceasefire talks by the US, co-hosted by Switzerland & Saudi Arabia on 14 August.