Son xəbərlər:
Qələmi ilə cəbhədə döyüşən jurnalist: Salatın Əsgərovanın əziz xatirəsi anılır                        Görkəmli sənətkar Leyla Bədirbəylinin anadan olmasından 106 il ötür                        Novruzəli Aslanov İsmayıllıda vətəndaşlarla növbəti qəbul keçirib                        Təşvişə düşməyin!                        Martda 18 qeyri-iş günü olacaq                        Neft həftəyə bu qiymətlə başladı                        Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür...                        Azərbaycan və Ermənistan arasında ticarət münasibətləri rəsmi şəkildə başlayıb                        Ərdoğan Səudiyyə ilə əməkdaşlığı dərinləşdirmək planlarını açıqladı                        İlham Əliyevdən Trampın 907-ci düzəliş qərarına yüksək qiymət                        Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın yeni perspektivləri müzakirə edilib                        İlham Əliyev: Azərbaycanla Ermənistan arasında ticarət münasibətləri yaradılıb                        İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi                        «На фоне глобальной нестабильности Азербайджан укрепляет свои позиции» - Новруз Аслан                        İsmayıllı rayonunda ilin yekunlarına dair hesabat yığıncağı keçirilib                        Müstəqil və Qalib Azərbaycanın Lideri - Prezident İlham Əliyevin Doğum Günü                        Nazir xalq şairini xəstəxanada ziyarət etdi                        Baş nazirdən Bəylər Eyyubovla bağlı qərar                        Prezident onları təltif etdi                        Novruzəli Aslanov İsmayıllıda vətəndaşları növbəti dəfə qəbul edib                        Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi                        Ulu Öndər Heydər Əliyev - Azərbaycan dövlətçilik tarixinin əbədi zirvəsi                        “Milli Musiqimiz Bizim Kimliyimizdir - Novruz Aslan: Sənət Köksüz Yaranmır”                        «Новруз Аслан: Сильный лидер - главный фактор стабильности государства»                        Vilayət Eyvazov gənclərin sıra baxışında iştirak etdi                        Milli Məclis üzvü Novruzəli Aslanov vətəndaşların müraciətlərini dinləyib                        İlham Əliyev “Matanat-A” şirkətinin yeni istehsal müəssisəsini işə saldı                        Prezident bu idmançıları mükafatlandırdı                        Prezident onlara rütbə verdi                        Bakıda Türk Qızıl Aypara Şəbəkəsinin yüksək səviyyəli toplantısı keçirildi                       
Tarix: 26-07-2024, 09:11

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı ilə əlaqədar Azərbaycan-Böyük Britaniya ikitərəfli əlaqələrinə həsr olunmuş ilk rəsmi tədbir COP29 mövzusunda keçirilib.

Bu barədə Shir.az-a Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, COP29-un müəyyən olunmuş Prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin iştirakı ilə keçirilən tədbirə Böyük Britaniyanın enerji təhlükəsizliyi və “xalis sıfır” emissiyalar üzrə dövlət katibi Ed Milibend, beynəlxalq iqlim və enerji naziri Kerri Makkarti, Britaniyadakı diplomatik korpusun marşalı Alisteir Harrison, COP26-nın Prezidenti, Britaniya parlamentinin Lordlar Palatasının deputatı Alok Şarma, Britaniya Baş nazirinin Azərbaycan üzrə keçmiş Ticarət elçisi Baronessa Nikolson, parlamentarilər Baronessa Uddin, Bob Bləkmən, Lord Maknikol, Britaniyadakı diplomatik korpus nümayəndələri, o cümlədən Londondakı diplomatik korpusun duayeni – Hondurasın Britaniyadakı səfiri İvan Romero Martinez, həmçinin COP Sədrlikləri Troykasına daxil olan Braziliya və Birləşmiş Ərəb Əmirliklərinin Londondakı səfirləri, The City of Londondan yüksək vəzifəli nümayəndələr, Commonwealth Millətlər Birliyi Təşkilatının Londondakı qərargahının təmsilçiləri, Britaniya xarici işlər nazirliyi və Britaniyanın Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Nazirliyinin əməkdaşları, BP şirkətinin istehsalat və əməliyyatlar üzrə vitse prezidenti Gordon Birrell, səfirliyin yerləşdiyi Londonun Kensington və Çelsi Bələdiyyəsinin üzvləri, Britaniyada fəaliyyət göstərən çoxsaylı iqlim mütəxəssisləri və sairə şəxslər iştirak ediblər.

Açılışda çıxış edən Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasında keçirilən ilk rəsmi tədbirin COP29-a həsr olunmasının olduqca mötəbər hadisə olduğunu və bu vacib tədbirdə COP29-un müəyyən olunmuş Prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Britaniyanın Enerji Təhlükəsizliyi və Sıfır Emissiya məsələləri üzrə Dövlət katibi Ed Milibandın iştirak etməsinin rəmzi məna daşıdığını deyib.

Səfir ilin sonuna doğru COP29-a ev sahibliyi edəcək Azərbaycanın diqqətinin tam şəkildə iqlim fəaliyyətinə yönəldiyini və ölkəmizin bütün dünya üçün həyati əhəmiyyət daşıyan iqlim məqsədlərinin irəli aparılması üçün əlindən gələni etdiyini bildirib. E.Süleymanov bu məsuliyyətli işdə ilk gündən Azərbaycana dəstəyini əsirgəməyən Britaniya tərəfinə təşəkkür ifadə edib.

Elin Süleymanov, həmçinin bir neçə gün öncə Oksford şəhərində keçirilən Avropa Siyasi Birliyinin zirvə görüşü zamanı Britaniyanın Baş naziri Keir Starmer tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göstərilən qonaqpərvərliyə, eləcə də Britaniyanın xarici işlər naziri David Lammy ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında keçirilən səmimi görüşə görə Britaniya tərəfinə minnətdarlıq edib.

Səfir ölkəmizin Britaniyanın Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə töhfə vermək istiqamətində səylərini yüksək qiymətləndirdiyini deyib.

Daha sonra COP29-un müəyyən olunmuş Prezidenti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev çıxış edib. Bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa Siyasi Birliyinin zirvə görüşündə iştirak etmək üçün Britaniyaya işçi səfər etməsinə istinad edən nazir Azərbaycanın Britaniyadakı səfirliyinin yeni binasında keçirilən COP29-a həsr olunmuş tədbirdə həm də ikitərəfli dostluq münasibətlərinin qeyd olunduğunu vurğulayıb.

Londonun iqlim fəaliyyətində vacib mərkəz rolu oynadığını vurğulayan M.Babayev iyun ayının sonlarında London İqlim Fəaliyyəti Həftəsində iştirak üçün Britaniyaya baş tutan səfəri zamanı keçirdiyi görüşlər və iştirak etdiyi tədbirlərdən söz açıb. Bu xüsusda o, Millətlər Birliyi Təşkilatının Baş qərargahında kiçik ada dövlətlərinin səfirləri ilə keçirilmiş görüşə toxunaraq bu dövlətlərdə iqlim dəyişikliyinin mənfi nəticələrinin aradan qaldırılmasına yardım məqsədi ilə Azərbaycanın adıçəkilən təşkilatla yaxından əməkdaşlıq etdiyini qeyd edib.

COP26-nın ev sahibi olmuş Britaniyanın olduqca vacib tərəfdaş olduğunu deyən M.Babayev Britaniyalı həmkarlara Azərbaycanda keçiriləcək COP29 tədbirinin uğurlu keçməsi istiqamətində göstərdikləri dəstəyə görə təşəkkür edib. Londona hazırkı səfəri çərçivəsində dayanıqlı bazarlar təşəbbüsünün müzakirə edilməsi üçün özəl sektor və maliyyə institutları ilə rəsmi görüşlər keçirəcəyini deyən COP29-un müəyyən olunmuş prezidenti M.Babayev ölkəmizin COP29 çərçivəsində gördüyü işlər və irəli sürülən təşəbbüslərdən danışıb.

Böyük Britaniyanın enerji təhlükəsizliyi və “xalis sıfır” emissiyalar üzrə dövlət katibi Ed Milibend öz çıxışında Azərbaycanın Britaniyadakı səfirliyinin yeni binasının ilk rəsmi tədbirində iştirak etməkdən şərəf duyduğunu bildirib. Ed Miliband iqlim dəyişikliyinin qarşısının alınması və dünyanın yaşıl inkişafı üçün dünya ölkələrini bir araya gətirən COP tədbirlərinin olduqca əhəmiyyətli olduğuna inandığını qeyd edib. Dövlət katibi indiyədək keçirilmiş COP görüşlərində razılaşdırılmış tədbirlərin davam etdirilməsinin, habelə COP29-da iqlim maliyyələşməsi məsələsi üzrə vacib razılığa gəlinməsinin iqlim məqsədlərinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bu kontekstdə o, iqlim problemlərindən ən çox əziyyət çəkən ölkələrə dəstək verilməsinin önəminə diqqət çəkib. Britaniyanın dövlət katibi öz çıxışında dəfələrlə vurğulayıb ki, Britaniya tərəfi COP29-un uğurla keçməsi və gözlənilən nəticələrin əldə olunması üçün ölkəmizə hər bir dəstəyi verməyə və Azərbaycanla yaxından tərəfdaşlıq etməyə hazırdır.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031