Tarix: 26-07-2024, 11:22
Fransada ətraf mühit fəalları Olimpiya Oyunlarına qarşı stikerlər yapışdırdıqlarına görə nəzarətə götürülüblər.
Shir.az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.
Bildirilib ki, Paris metrosunda iyulun 23-də “Extinction Rébellion” hərəkatının 8 üzvü həbs edilib.
Məlumata görə, stikerlərdə “Olimpiada əyləncəli deyil” və “Parisdə sosial təmizləmə: 12,500 nəfərin çıxarılması” və s. kimi ifadələr yazılıb.
Qeyd edilib ki, fəallar dəmir yolu avadanlıqlarına ziyan vurmaqda təqsirləndirilib. Onları 750 avroya qədər cərimə gözləyir.