
İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastrukura hücum aktları həyata keçirilib. Bu barədə Shir.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, pilotsuz uçuş aparatlarının texniki parametrləri və bu hücumların təfərrüatları araşdırılır: "Azərbaycan Respublikası Müdafiə Nazirliyi hər hansı hərbi zərurət

Xəbər verdiyimiz kimi, İran tərəfindən Naxçıvan Beynəlxalq Hava Limanı istiqamətində dron hücumu həyata keçirildiyi barədə məlumat yayılıb. Shir.az xəbər verir ki, məlumatı Axar.az yayıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi nin Teleqraf a verdiyi açıqlamaya əsasən, hadisə zamanı ölən və ya xəsarət alan olmayıb. Qurumdan bildirilib ki, baş verən insidentlə bağlı vəziyyət nəzarət altındadır və hazırda ərazi üzrə müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır. Hadisə

Xəbər verdiyimiz kimi, bu dəqiqələrdə İran ordusuna məxsus olduğu bildirilən “Şahid” tipli pilotsuz uçuş aparatı Naxçıvan aeroportu ərazisinə düşüb. Shir.az xəbər verir ki, məlumatı Axar.az “Azərbaycan Universitetləri” səhifəsinə istinadla yayıb. Bildirilib ki, baş verən hadisə ilə əlaqədar Naxçıvanda təhlükəsizlik tədbirləri gücləndirilib. Ehtiyat tədbiri olaraq məktəblərdə dərslər dayandırılıb. Hazırda şagird və müəllimlərin təxliyə olunduğu, onların təhlükəsiz ərazilərə yönləndirildiyi qeyd

Bəzi KİV-lər və sosial şəbəkə mənbələri İran tərəfindən atılan raket və ya pilotsuz uçuş aparatlarının (PUA) Naxçıvan Beynəlxalq Hava Limanı ərazisinə düşdüyünü iddia edir. Məlumatlara görə, hadisə bu gün – 5 mart 2026-cı ildə baş verib və hadisə ilə bağlı müxtəlif görüntülər internetdə sürətlə yayılır. İddialara əsasən, hava limanı istiqamətində bir neçə raket və ya dron zərbəsi endirilib. Sosial şəbəkələrdə yayılan məlumatlarda ən azı üç partlayışın baş verdiyi və hücumun İran ərazisindən

Milli Məclisin deputatı Novruzəli Aslanov 5 mart 2026-cı il tarixində İsmayıllı rayonundan olan seçicilərlə onlayn formatda görüş keçirib. Shir.az xəbər verir ki, video-formatda qəbulun keçirilməsi üçün texniki baxımdan keyfiyyətli əlaqənin təmin edilməsi məqsədilə millət vəkilinin Bakı və İsmayıllı ofislərində müvafiq avadanlıqlar quraşdırılıb, vətəndaşlarla canlı ünsiyyət üçün işgüzar şərait yaradılıb. Görüş zamanı İsmayıllı sakinlərini narahat edən bir sıra sosial yönümlü məsələlər və şəxsi

Fərid Bağırzadə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunub. Shir.az xəbər verir ki, bu barədə “NAXÇIVANXƏBƏRLƏRİ” Report un yerli bürosuna istinadən məlumat yayıb. Qeyd olunub ki, müvafiq qərar Naxçıvan Muxtar Respublikası Ali Məclisi nin sessiyasında qəbul edilib.
Baş Dövlət Yol Polisi vətəndaşlara xəbərdarlıq etdi - saxta cərimə SMS-lərinə aldanmayın
(4-03-2026, 10:00)
(4-03-2026, 10:00)

Son günlər sosial şəbəkələrdə və mobil telefonlara göndərilən SMS bildirişlər vasitəsilə vətəndaşların aldadılması halları artmaqdadır. Mesajlarda guya nəqliyyat vasitələri üzrə inzibati cərimə borcu olduğu bildirilir və istifadəçilər saxta internet səhifələrinə yönləndirilir. Shir.az xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi rəsmi müraciət yayıb. Qurumun açıqlamasında qeyd olunur ki, vətəndaşlara göndərilən bu cür mesajlarda göstərilən internet səhifələrinin dövlət qurumları

İki mart (02.03.2023)… Bu tarix artıq təkcə təqvimin bir günü deyil. Bu gün, 2023-cü ilin iki martında aramızdan ayrılan dəyərli ilahiyyatçı, gözəl insan Hacı Şahin Həsənlinin anım günüdür. Onun vəfatı təkcə ailəsi və yaxınları üçün deyil, bütövlükdə cəmiyyət üçün böyük bir itkidir. Çünki o, sadəcə din xadimi deyildi - o, ürəklərə toxunan, insanlara yol göstərən, sadəliyi ilə böyüklüyünü sübut edən bir şəxsiyyət idi. Hacı Şahin müəllim haqqında danışarkən ilk yada düşən onun sadəliyi olur. O

Azərbaycanda əksər bölgələrdə yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə qar yağır. Shir.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin martın 2-si saat 10:00-a olan məlumatında qeyd edilib. Qarın hündürlüyü Şahbuzda 37, Kişçayda (Şəki) 33, Əlibəydə (Zaqatala) 25, Xınalıq, Qrızda 24, Daşkəsəndə 22, Kəlbəcərdə 21, Qusar, Gədəbəydə 18, Laçın, Şahdağ, Qubadlıda 16, Sarıbaşda (Qax) 15, Şuşada 12, Xaltanda 11, Göygöl, Xankəndidə 10, Xocalı, Xızı, Lerik, Qubada 7, Füzulidə 6,

Rusiya Federasiyası Müdafiə Nazirliyinin Silahlandırma rəisi - Hava Kosmik Qüvvələri Baş Komandanının silahlandırma üzrə müavini general-polkovnik Yuriy Qrexovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Shir.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Hərbi Hava Qüvvələrində olan nümayəndə heyəti burada müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ilə görüşüb. Görüşdə Azərbaycanla Rusiya

























