HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə qətlinə görə məsuliyyət İsrail və ABŞ-nin üzərinə düşür, bu, Vaşinqtonla razılaşdırılıb.
Shir.az xəbər verir ki, bu barədə hərəkatın Livandakı nümayəndəsi Mahmud Tah açıqlama verib.
"İsmayıl Haniyənin Tehranda öldürülməsi ABŞ-dən "yaşıl işıq" aldıqdan sonra reallaşdırılan qorxaqcasına hərəkətdir", - o deyib.
Xatırladaq ki, HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın paytaxtı Tehranda yerli vaxtla təxminən 02:00-da qaldığı yerə raket zərbəsi endirilməsi nəticəsində öldüyü bildirilir. HƏMAS rəsmi bəyanatında Siyasi Büro rəhbərinin ölümünü təsdiqləyərək, insidentdə İsraili günahlandırıb.
Hücum Haniyənin İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra baş verib.