Tarix: 1-08-2024, 11:36
Nazirlər Kabineti “Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”na dəyişiklik edib.
Shir.az-ın xəbərinə görə, siyahıya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bölməsi əlavə edilib.
Bu bölməyə daxil edilən ADA Universiteti fəlsəfə doktoru hazırlaya biləcək.