Tarix: 9-08-2024, 11:22
Yuxarı Lars keçid məntəqəsindən 4,8 mindən çox yük maşını keçmək üçün gözləyir.
Shir.az xəbər verir ki, bu barədə Şimali Osetiya Yol Hərəkətinin Təşkili Mərkəzi xəbər yayıb.
Rusiya-Gürcüstan sərhəddinə gedən yolda növbə “Yuxarı Lars” keçid məntəqəsində dayanacaq yerlərinin olmaması və turizm mövsümü ilə əlaqədar çoxlu avtomobil axını səbəbindən yaranıb.
Rusiya tərəfdən Gürcüstana daxil olmaq üçün ümumilikdə 4863 treyler gözləyir.