Tarix: 12-08-2024, 12:32
Bakıda bu ilin altı ayı ərzində yol qəzaları zamanı 20 işıqfora zərər dəyib.
Bu barədə Shir.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov məlumat verib.
Onun sözlərinə görə, Bakının Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında baş verən yol qəzaları zamanı piyada işıqforu yararsız vəziyyətə düşüb.
"Ötən 6 ay ərzində Bakının müxtəlif küçə və prospektlərində baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində Mərkəzin idarəetməsində olan 20 işqıfora və onun avadanlıqlarına (idarəemə qutusu və s.) ziyan dəyib. Vurulmuş zərər ilə əlaqədar aidiyyəti üzrə sorğular göndərilib",- o bildirib.