Tarix: 12-07-2024, 09:09
İstanbul 2026-cı ildə NATO sammitinə ev sahibliyi etmək üçün uyğundur, baxmayaraq ki, hələlik heç bir qərar yoxdur.
Shir.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitindən sonra Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.
“Burada artıq belə bir tədbir keçirmişik, ümid edirəm ki, orada NATO sammitində də dünyanı birlikdə salamlayacağıq”, - Ərdoğan deyib.
NATO liderlərinin yekun bəyannaməsində alyansın zirvə toplantısının 2025-ci ilin iyununda Niderlandın Haaqa şəhərində, 2026-cı ildə isə Türkiyədə keçiriləcəyi bildirilir.