Son xəbərlər:
Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                        TƏCİLİ: İranın “Şahid” dronu Naxçıvana düşdü – məktəblərdə təxliyə başladı                        SON DƏQİQƏ – İran raketləri Naxçıvan hava limanına düşüb?                        Millət vəkili Novruzəli Aslanov İsmayıllı seçiciləri ilə onlayn görüş keçirib                        Fərid Bağırzadə nazir təyin olundu                        Prezident onlara xüsusi təqaüdlər verdi                        İlham Əliyev bu məqsədlə İran səfirliyinə getdi                        Novruzəli Aslanov: Azərbaycan qlobal enerji təhlükəsizliyində etibarlı və strateji tərəfdaşdır                        Baş Dövlət Yol Polisi vətəndaşlara xəbərdarlıq etdi - saxta cərimə SMS-lərinə aldanmayın                        Opera Studiyasında Ramiz Rövşənin poeziya gecəsi böyük maraqla keçirilib                        Prezident İlham Əliyev yeni kommunal texnikalarla tanış olub                        Hacı Şahin Həsənli – unudulmaz ilahiyyatçı və böyük insanın xatirəsinə                        Azərbaycana 37 sm qar yağdı                        Novruzəli Aslanov: “Xocalı Memorialının açılışı yaddaş və ədalətin təntənəsidir”                        Rus general Azərbaycana gəldi                        Milli Məclis üzvü Novruzəli Aslanov: “Televiziya məkanında dəyişikliklər kompleks və sistemli yanaşma tələb edir”                        Prezident Xocalıdadır                        İlham Əliyevin ABŞ səfəri başa çatdı                        Milli Məclisin növbəti plenar iclası başladı                       
Tarix: 2-09-2025, 14:00

Doğmalar Yad, Yadlar Doğma Olarkən…

Bəzən həyat elə anlar yaşadır ki, dərin bir sükutla baxırsan ətrafa… Çünki artıq anlamısan: insan dediyin varlıq, ən çox yaxşılıq edənə düşmən kəsilə bilirmiş. Deyirlər, birinə pislik edəndə unuda bilər, amma yaxşılıq etdinsə - heç vaxt unutmaz... Amma necə? Yaxşılığı da bəzən nifrətlə xatırlayar, səni "göstərişli", "özünü ağıllı sayan", "tənqidçi" kimi damğalayar. Halbuki niyyətin yalnız bir şey idi: yol göstərmək, qorumaq, insanlığını itirməməsi üçün səs olmaq...

Birinə oğurluq etmə demək, əxlaqlı ol demək, haramdan uzaq dur demək - bu gün artıq "qarışmaq" sayılır. Halbuki sən onun ucalması üçün, alçalmaması üçün danışırsan. Sən onun arxasınca qeybət etmirsən, üzünə deyirsən, səmimisən, açıq danışırsan. Lakin insanlar səmimiyyəti qaldıra bilmədikləri üçün, səni düşmənə çevirirlər.

Ən pisi də odur ki, bu münasibəti yadlardan deyil, doğmalardan görürsən. Bir vaxtlar “sənin üçün can verərəm” deyən insanlar, bir sözünə görə səni silir. Qorumaq istədiyin insanlar səni itələyir. Susanda "niyə danışmadın?", danışanda "niyə qarışırsan?" deyirlər. Həqiqəti demək günah, susmaq isə biganəlik kimi görünür.

Və bir də baxırsan ki, doğmalar yadlaşıb, yadlar isə səni anlayacaq qədər dərin olub. Heç ummadığın bir insan səninlə ağlayır, sənə dua edir. Səni mühakimə etmədən dinləyir. Qəlbinə toxunur. Elə burda başa düşürsən ki, əsl yaxınlıq qanla deyil, qəlblə olur.

Bu dünyada bir reallıq var: həqiqəti deyən insanlar sevilməz. Amma sən yenə də həqiqətdən dönmə. Qoy kim necə istəyir, elə də baxsın sənə. Çünki susduğun hər yalana, dəstək olduğun hər səssizliyə bir gün vicdanın cavab istəyəcək. Və sən o zaman deyə bilməyəcəksən: "Mən bilirdim, amma demədim."

Unutma, sən Allahın gör dediyini göstərmisənsə, artıq kiminsə qəzəbi, küskünlüyü sənin dərdin deyil.  
Çünki həqiqət tək qalır, amma heç vaxt uduzmur.

…İnsanlar çox vaxt səni dinləmirlər, səni müqayisə edirlər. Deyirlər, “filankəs nə gözəl susur, sən niyə danışırsan?” Amma anlamırlar ki, hər kəsin susqunluğu eyni deyil. Bəzisi cahillikdən, bəzisi qorxudan, bəzisi isə rahatlıqdan susur. Amma sən içindəki o yanğını, vicdanın səsini susdura bilmirsən. Susmaq - sənə zülm olur və sən danışırsan…  

Yenə də özlərini haqlı bilirlər. Öz xətalarını örtmək üçün səni günahkar etməyə can atırlar. Əgər sən haqlısansa, onların düzəlməsi lazımdır. Amma bu, çoxuna ağır gəlir. Çünki nəfsə toxunmaq asan deyil. İndi insanlar tənqidə yox, tərifə möhtacdır. Ədalətə yox, alqışa can atır. Təbliğatçılar çox, təqva sahibləri azdır…

Və sən bu cür bir dövrdə doğru qalmağa çalışırsan. Bu isə ən çətin seçimdir. Çünki doğru insan, hər zaman azdır. Tək qalmaq da bu seçimlə gəlir. Amma yenə də dəyərlərindən imtina etmirsən. Çünki bilirsən: Allah hər şeyi görür.  İnsanların gözündə “pis” olmaq, Allah qatında “doğru” olmağa mane deyil. Əksinə -sənin əsl dəyərin orda müəyyən olunur.

Sonda anlayırsan ki, bu həyatın ən gözəl dərsi budur:  
Ən doğma bildiklərin sənin üçün imtahan,  
ən yad bildiklərin isə Allahın sənə göndərdiyi rəhmət ola bilər.

Ona görə də, deyiləcək söz varsa - de.  
Gediləcək yol varsa - get.

...Amma unutmayaq: hər bir şeyin bir zamanı var. Gec də olsa, haqq yerini tapır, səssiz qalan haqlar danışır, gizlənən niyyətlər üzə çıxır. Nankorluq edənlər, yaxşılığı görməzdən gələnlər, bir gün o etdiklərinin bədəlini ya vicdanı ilə, ya da həyatın özü ilə ödəyəcək.  
Çünki ədalət bəzən ləngiyir, amma heç vaxt unutmur…


Nazlı Onur

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031