Son xəbərlər:
Opera Studiyasında Ramiz Rövşənin poeziya gecəsi böyük maraqla keçirilib                        Prezident İlham Əliyev yeni kommunal texnikalarla tanış olub                        Hacı Şahin Həsənli – unudulmaz ilahiyyatçı və böyük insanın xatirəsinə                        Azərbaycana 37 sm qar yağdı                        Novruzəli Aslanov: “Xocalı Memorialının açılışı yaddaş və ədalətin təntənəsidir”                        Rus general Azərbaycana gəldi                        Milli Məclis üzvü Novruzəli Aslanov: “Televiziya məkanında dəyişikliklər kompleks və sistemli yanaşma tələb edir”                        Prezident Xocalıdadır                        İlham Əliyevin ABŞ səfəri başa çatdı                        Milli Məclisin növbəti plenar iclası başladı                        Novruzəli Aslanov: Şamaxıda gənclərlə görüş insan kapitalının inkişafında mühüm əhəmiyyət daşıyır                        Novruzəli Aslanov: Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurası iqtisadi əməkdaşlıqda yeni mərhələdir                        Nazir Nihad Muxtarlıya yüksək vəzifə verdi                        TƏBİB-in icraçı direktoru vəzifəsindən azad edilib                        Heydərovun yeni müavinləri kimlərdir? - Dosye                        Əliyev və Vuçiç qeyri-rəsmi səhər yeməyində - Foto                        Xətai rayonunun icra başçısına ağır itki üz verib                        İşdən çıxarılan nazir müavinlərinin yerinə təyinat                        İlham Əliyev litvalı həmkarını təbrik etdi                        Cəmiyyətdə “güclü qadın” anlayışı və onun daxili yükü                        Sualın arxasındakı niyyət, cavabın arxasındakı dövlət – Münhendə səslənən mesaj                        “Sevgililər Günü”-nün səssiz qəhrəmanları                        Баку и Вашингтон закрепили стратегический курс: Хартия открывает новую геополитическую реальность                        İlham Əliyev bu şəxsləri də təltif etdi                        Prezident bu hərbçiləri təltif etdi                        DTX: Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn fəaliyyətlərlə bağlı cinayət işi açılıb                        Onlara ali xüsusi rütbələr verildi                        Bakıda zərgərlik mağazalarından oğurluq edən şəxs saxlanılıb                        Tərtər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib                        ABŞ - Azərbaycan Strateji Tərəfdaşlığı Yeni Mərhələyə Keçdi - Novruzəli Aslanov                       
Tarix: 23-08-2024, 11:17


Putinin Bakı səfərində mühüm detallar: Əliyev nələri demədi?

Hələ də dünya mediası Rusiya lideri Vladimir Putinin Bakıya ikigünlük səfərinin mahiyyətini anlamaqda çətinlik çəkir.
Putinin avqustun 18-i gecə saatlarında Bakıya gəlməsi və gecəni Bakıda keçirməsi Azərbaycana güvənin əsas əlaməti kimi şərh olunur. Ancaq burada bir xüsusi məqam da var. Rəsmi məlumatda Putinin 18 avqust tarixində axşam saatlarında İlham Əliyevin EVİNDƏ qonaq olduğu, şam etdiyi bildirildi.
Burada Prezident “iqamətgahı”, “malikanəsi” və s. ifadələrdən deyil, məhz “ev” sözündən istifadə edildi ki, bu da Putin-Əliyev münasibətlərinin səviyyəsi baxımından xüsusilə önəmlidir.
Putinin Bakı səfərində xüsusilə tənqidçilərin əsas “hədəfi” İlham Əliyevin hazırda davam edən Ukrayna-Rusiya müharibəsi və Kurska hücumla bağlı mövqeyi idi. Hətta erməni mediası azərbaycanlı bəzi blogerlərə istinadla “Bakının rəsmi mövqeyi tələb ediləcək” deyə, xüsusi vurğu ilə İlham Əliyevin hansı mövqe nümayiş etdirəcəyini qabardırdı. 
Baxmayaraq ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə elan edib, Putinin səfəri çərçivəsində Bakının mövqeyi zərrəbinlə izlənilirdi.
Məlum oldu ki, İlham Əliyev və Putin mediaya açıqlamalarında ümumiyyətlə bu mövzuya toxunmadılar: nə Putin Ukrayna-Rusiya müharibəsi haqda Bakıdan əsas bəyanatlarını verdi, nə də İlham Əliyev Kurska hücum da daxil olmaqla, hər hansı məsələyə münasibət bildirdi.
Bununla bərabər, Ukraynada bəziləri Azərbaycana qarşı çağırışlar etməyə çalışdı, hətta SOCAR-ı boykota səslədilər. Səbəb isə İlham Əliyevin mövqeyi deyildi – halbuki Aərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır; səbəb sadəcə Putinin Azərbaycana səfər etməsi idi.
Maraqlıdır, Putin bundan öncə də postsovet ölkələrinə səfər edib, hətta orada Ukrayna müharibəsinə ciddi toxunub, öz mövqeyini elan edib, əvəzində Ukraynada kiminsə Putinin səfər etdiyi MDB ölkəsinə qarşı çağırış səsləndirmək ağlından keçməyib.
Halbuki Azərbaycan Ukraynaya daim humanitar yardım göstərib, SOCAR isə təcili yardım və yanğınsöndürmə maşınlarını yanacaqla təmin edib və yaxud indi də edir. Bütün bunlar bəzi ukraynalıları “qane” etməyib!
Azərbaycan Rusiya-Ukrayna müharibəsində tərəf deyil, yalnız münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyünə hörmətlə sülhlə başa çatmasını istəyir. İlham Əliyev isə Azərbaycan prezidentidir və öz ölkəsinin milli maraqlarını müdafiə edir.
Ölkənin milli maraqları isə qonşularla, xüsusilə Qərbin 2,5 ildən çoxdur müharibə apardığı və məğlub edə bilmədiyi Rusiya ilə münasibətlərini yüksək səviyyədə saxlamasınə diktə edir.
Putinin səfəri zamanı məlum oldu ki, əsas diqqət iqtisadi maraqlar üzərində qurulub: Şimal-Qənub və Şərq Qərb dəhlizi. Nəzərə alsaq ki, Şimal-Cənub dəhlizinin “şərq qanadı” da var, onda Azərbaycan tranzit ölkə mövqeyini möhkəmləndirmək üçün Rusiya ilə daha sıx əlaqələr qurmalıdır. Üstəlik, İran Şimal-Cənub marşrutunun Ermənistandan keçməsi ilə bağlı müxtəlif ideyalar da səsləndirir və bunu rəsmi İrəvanla müzakirə edir.
Putinin hazırda ölkədəki gərginliyə baxmayaraq, Bakıya səfəri həm də Azərbaycanın Cənubi Qafqaz regionunda mühüm önəminə verilən qiymətdir və Kreml bu bölgədə hələ də maraqlarını qorumaqda israrlı olduğunu nümayiş etdirmək istədi. Putinin səfəri ilə eyni vaxtda Rusiya XİN rəhbəri Sergey Lavrovun Ermənistan Zəngəzur dəhlizini sabotaj etməkdə ittiham etməsi isə Kreml rəhbərinin vizitində əsas müzakirə mövzusu haqda düşünməyə imkan verir.
Azərbaycanın Zəngəzur dəhlizində əsas tələbi “Azərbaycandan Azərbaycana” prinsipinin tətbiqidir. Bu, “Kalininqrad modeli” də adlana bilər. Rusiya və Qərb hansı bu mövqeyi müdafiə edərsə, Azərbaycan öz maraqları naminə o güclə birlikdə çalışacaq.
O ki qaldı “dəhlizin təhlükəsizliyi” məsələsinə, Azərbaycan üçün Ermənistandan keçən dəhlizin “təhlükəsizliyini” AB-nin və yaxud Rusiya FTX-nin qorumasının heç bir önəmi yoxdur. Yetər ki, Azərbaycanın qərb sərhədləri ilə Naxçıvanı birləşdirən dəhlizdə azərbaycanlıların və Azərbaycan yüklərinin maneəsiz, yoxlama olmadan keçidi təmin edilsin.

Nazlı Onur 

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031