Son xəbərlər:
Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto                        Prezident Davosda Ceymi Daymonla görüşdü - Foto                        DTX rəhbərliyi və əməkdaşları 20 Yanvar faciəsinin ildönümündə Şəhidlər xiyabanını ziyarət edib                        İlham Əliyev Finlandiyanın prezidenti ilə görüşdü - Foto                        İlham Əliyev Məsrur Bərzani ilə görüşdü - Foto                        Prezident Davosda "Avronyus"a müsahibə verdi - Foto                        20 Yanvar - Şəhidlərimizin Əbədi Xatirəsi                        DİN-də Daxili Qoşunların 2025-ci ildə fəaliyyətinə dair müşavirə keçirilib                        Azərbaycan əhalisinin sayı açıqlandı                        20 Yanvarla əlaqədar Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq                        Ombudsman 20 Yanvarla bağlı bəyanat yaydı                        Kərim Vəliyev Qətərdə səfərdədir - Foto                        Продуманные шаги к миру: взвешенная и принципиальная политика Азербайджана -                        Diplomatlar Şəhidlər xiyabanını ziyarət etdi                        Qələmi ilə cəbhədə döyüşən jurnalist: Salatın Əsgərovanın əziz xatirəsi anılır                        Görkəmli sənətkar Leyla Bədirbəylinin anadan olmasından 106 il ötür                        Novruzəli Aslanov İsmayıllıda vətəndaşlarla növbəti qəbul keçirib                        Təşvişə düşməyin!                        Martda 18 qeyri-iş günü olacaq                        Neft həftəyə bu qiymətlə başladı                        Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür...                        Azərbaycan və Ermənistan arasında ticarət münasibətləri rəsmi şəkildə başlayıb                        Ərdoğan Səudiyyə ilə əməkdaşlığı dərinləşdirmək planlarını açıqladı                        İlham Əliyevdən Trampın 907-ci düzəliş qərarına yüksək qiymət                        Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın yeni perspektivləri müzakirə edilib                        İlham Əliyev: Azərbaycanla Ermənistan arasında ticarət münasibətləri yaradılıb                        İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi                        «На фоне глобальной нестабильности Азербайджан укрепляет свои позиции» - Новруз Аслан                        İsmayıllı rayonunda ilin yekunlarına dair hesabat yığıncağı keçirilib                        Müstəqil və Qalib Azərbaycanın Lideri - Prezident İlham Əliyevin Doğum Günü                       
Tarix: 22-01-2025, 18:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşüb.

Shir.az xəbər verir ki, Andrey Plenkoviç COP29-un uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.

Prezident İlham Əliyev Xorvatiyanın Baş nazirinin COP29-da iştirakına görə təşəkkürünü bildirdi. Söhbət zamanı COP29 çərçivəsində qlobal iqlim gündəliyinin irəli aparılması üçün çox mühüm qərarların qəbul edildiyi vurğulandı.

Azərbaycan Prezidenti və Xorvatiyanın Baş naziri ölkələrimiz arasında münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndirdilər, xüsusilə enerji sahəsində olan əməkdaşlığı qeyd etdilər.

Azərbaycanın bu gün Xorvatiyanın enerji təhlükəsizliyində oynadığı rol, ölkəmizdən Xorvatiyaya neft və qaz ixracı xüsusilə vurğulandı, həmçinin qaz ixracının həcminin artırılması perspektivləri müzakirə olundu.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan bu gün 10 Avropa ölkəsinə qaz ixrac edir ki, onlardan da səkkizi Avropa İttifaqına üzv ölkələrdir. Vurğulandı ki, Azərbaycan Avropa İttifaqı tərəfindən PanAvropa enerji təchizatçısı kimi qiymətləndirilib.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri məsələsinə dair fikir mübadiləsi aparıldı, hökumətlərarası komissiyanın rolu qeyd olundu.

Xorvatiya Baş naziri dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət etdi.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031