Son xəbərlər:
İlham Əliyevin ABŞ səfəri başa çatdı                        Milli Məclisin növbəti plenar iclası başladı                        Novruzəli Aslanov: Şamaxıda gənclərlə görüş insan kapitalının inkişafında mühüm əhəmiyyət daşıyır                        Novruzəli Aslanov: Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurası iqtisadi əməkdaşlıqda yeni mərhələdir                        Nazir Nihad Muxtarlıya yüksək vəzifə verdi                        TƏBİB-in icraçı direktoru vəzifəsindən azad edilib                        Heydərovun yeni müavinləri kimlərdir? - Dosye                        Əliyev və Vuçiç qeyri-rəsmi səhər yeməyində - Foto                        Xətai rayonunun icra başçısına ağır itki üz verib                        İşdən çıxarılan nazir müavinlərinin yerinə təyinat                        İlham Əliyev litvalı həmkarını təbrik etdi                        Cəmiyyətdə “güclü qadın” anlayışı və onun daxili yükü                        Sualın arxasındakı niyyət, cavabın arxasındakı dövlət – Münhendə səslənən mesaj                        “Sevgililər Günü”-nün səssiz qəhrəmanları                        Баку и Вашингтон закрепили стратегический курс: Хартия открывает новую геополитическую реальность                        İlham Əliyev bu şəxsləri də təltif etdi                        Prezident bu hərbçiləri təltif etdi                        DTX: Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn fəaliyyətlərlə bağlı cinayət işi açılıb                        Onlara ali xüsusi rütbələr verildi                        Bakıda zərgərlik mağazalarından oğurluq edən şəxs saxlanılıb                        Tərtər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib                        ABŞ - Azərbaycan Strateji Tərəfdaşlığı Yeni Mərhələyə Keçdi - Novruzəli Aslanov                        Novruz Aslanov: Avropadakı ikili standartlar Cənubi Qafqazda sülh gündəliyini zəiflədir                        Fəzail Ağamalı vəfat etdi                        İlham Əliyev 2 fərman imzaladı                        Prezident komitə sədrini icra başçısı təyin etdi                        Pensiyalar artırıldı - Sərəncam                        Bu sahədə aparılan yoxlamalar daha bir il dayandırıldı                        Nərimanovda məktəblərdə təhlükəsizlik mövzusunda polis–məktəb görüşü keçirilib                        Adı Qürur, Soyadı Vətən Olan Qəhrəman -                       
Tarix: 31-03-2025, 10:30
Xarici İşlər Nazirliyinin 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.

Shir.az bəyanatın mətnini təqdim edir:

"Bu gün, radikal erməni qruplaşmaları tərəfindən ötən əsrdə dinc azərbaycanlılara qarşı törədilmiş ən böyük soyqırımlardan biri olan, minlərlə həmvətənimizin etnik və dini zəmində amansızlıqla qətlə yetirildiyi 1918-ci il mart soyqırımından 107 il ötür. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə faciəvi hadisələrin günahsız qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

Azərbaycanlılara qarşı sistematik etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi olan bu qırğınlar zamanı Qafqazın Fövqəladə Komissarı, milliyyətcə erməni olan Stepan Şaumyanın özünün də etiraf etdiyi kimi Bakı Sovetinin 6000 və “Daşnaksutyun” partiyasının 4000 silahlı əsgəri tərəfindən planlı şəkildə “əksinqilabçılarla mübarizə” adı altında bir sıra, o cümlədən Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan bölgələrində dinc azərbaycanlıların xüsusi amansızlıqla qətli həyata keçirilib. Kütləvi qırğınlar nəticəsində, təkcə Qubada xüsusi qəddarlıqla 16.000-dən artıq insan qətlə yetirilib, 167 kənd məhv edilib.

On minlərlə həmvətənimizin qətlə yetirildiyi bu qətliam zamanı azərbaycanlılara aid olan mədəni, dini abidələr, məscid və qəbristanlıqlara qarşı törədilən vəhşiliklər baş verənlərin etnik nifrət və dözümsüzlük cinayəti olmasının sübutudur.

Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasından sonra hadisələrin tədqiqi, habelə dünya ictimaiyyətinə çatdırılması məqsədilə xüsusi təsisatların yaradılmasına, 31 mart tarixinin ümummilli matəm günü kimi qeyd edilməsinə baxmayaraq, Cümhuriyyətin süqutu bu cinayətə siyasi-hüquqi qiymətin verilməsinə mane olub.

Müstəqilliyimizin bərpasından və Ulu Öndər Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıtmasından sonra 26 mart 1998-ci il tarixində imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla baş verənlərə siyasi qiymət verilib.

XX əsrin əvvəlində törədilən qırğınların əsasında duran etnik nifrət və dözümsüzlük siyasəti əsrin sonunda azərbaycanlıların indiki Ermənistan ərazilərindən kütləvi deportasiyası, münaqişə və işğal dövründə xalqımıza qarşı törədilən qətliamlar, Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayətlər, habelə 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı dinc insanlara qarşı müharibə cinayətləri ilə davam etdirilib.

Hazırkı postmünaqişə dövründə bölgənin tarixinə düşən bu qanlı səhifələrin birdəfəlik çevrilməsi, dayanıqlı və dönməz sülhün bərqərar edilməsi üçün tarixi imkanların mövcudluğuna baxmayaraq, bugünədək baş verən bütün dəhşətlərin əsasında dayanan və Ermənistan konstitusiyası daxil olmaqla, bir sıra qanunvericilik aktlarında təsbit olunan ərazi iddialarının hələ də qalmaqda davam etməsi regionun sabit gələcəyi üçün ən böyük əngəl və narahatlıq mənbəyidir.

Bu baxımdan, Azərbaycan törədilən cinayətlərin günahkarlarının hüquqi məsuliyyətə cəlb edilməsi üçün milli və beynəlxalq səylərini davam etdirməklə yanaşı, bölgədə dayanıqlı sülhün qurulması üçün Ermənistanın ölkəmizə qarşı davam edən ərazi iddialarına son qoyulması tələbində qəti və dönməzdir.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə etnik nifrət və soyqırımına məruz qalan günahsız azərbaycanlıların əziz xatirəsini dərin hüzn və ehtiramla yad edirik. Allah rəhmət eləsin!"


Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728