Tarix: 17-07-2024, 14:49
Sumqayıt şəhərində sahibsiz itin boğazına ip bağlayıb sürüyən şəxs görüntülənib.
Shir.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Vətəndaş iddia edir ki, Sumqayıt şəhər təmizlik idarəsinin işçiləri sahibsiz küçə itlərini zəhərləyərək öldürürlər.
Bəzi zəhərlənmiş itlər isə hələ ölməmiş boyunlarına ip bağlanılır və sürüyərək gətirilib zibil qutularının yanına atılır.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis heyvanlarla rəhmsiz rəftarla bağlı araşdırma aparır. Tədbirlərin nəticəsi barədə məlumat veriləcək.