Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 16-06-2025, 15:00

 

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin bazar ertəsi telefon danışığı zamanı İsrail və İran arasında davam edən münaqişənin eskalasiyası ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.

Bu barədə Shir.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.

"Telefon danışığı zamanı əsas diqqət Yaxın Şərqdə kəskin şəkildə gərginləşən vəziyyətə yönəldilib. Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan İsrailin İrana qarşı həyata keçirdiyi güc aksiyasını pisləyiblər. Hər iki tərəf artıq çox sayda qurbanlarla nəticələnən və bütün region üçün ağır nəticələrə səbəb ola biləcək İran-İsrail münaqişəsinin davam edən eskalasiyası ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər", - məlumatda qeyd olunub.

Türkiyə və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması və mübahisəli, o cümlədən İran nüvə proqramına aid məsələlərin yalnız siyasi-diplomatik vasitələrlə həll edilməsi üçün çağırış ediblər.

İki ölkənin müvafiq qurumlarının bu məsələdə sıx qarşılıqlı fəaliyyətdə olacağı razılaşdırılıb.

"Ukrayna məsələsinin müzakirəsi zamanı Vladimir Putin birbaşa Rusiya-Ukrayna danışıqlarının təşkilində göstərdiyi dəstəyə görə Türkiyə tərəfinə minnətdarlığını bildirib", - məlumatda vurğulanıb.

Bundan əlavə, tərəflər ikitərəfli gündəliyin aktual məsələləri, o cümlədən energetika sahəsi üzrə fikir mübadiləsi aparıblar: "Bu mövzular Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya-Türkiyə əlaqələri və iyun ayının sonunda keçiriləcək ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası zamanı nəzərdən keçiriləcək".

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930