Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 fevral tarixli 342 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və sərəncamının ləğv edilməsi barədə fərman imzalayıb.
Shir.az fərmanın mətnini təqdim edir:
1. “Tarixi “İpək yolu”nun bərpası üzrə Beynəlxalq Bakı Konfransının qərarlarının yerinə yetirilməsi ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 4 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 612 (Cild I) 5-ci və 6-cı hissələrində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti,” sözləri “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) və” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 541 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 478 (Cild I); 2024, № 2, maddə 150) 2.13-cü bəndində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə münasibətdə Azərbaycan İnvestisiya Holdinqi” sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə münasibətdə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 258 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 12 (II kitab), maddə 1383) ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”nin 8.15-ci bəndində “, Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti” sözləri “və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
4. “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 474 (Cild I); 2024, № 2, maddə 152) 3.2-1-ci bəndində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə münasibətdə Azərbaycan İnvestisiya Holdinqi” sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə münasibətdə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 655 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1127 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi”ndə aşağıdakı dəyişikliklər edilsin:
5.1. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəisi” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru”;
5.2. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru” abzası ləğv edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 11, maddə 1196) ilə təsdiq edilmiş “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı”nın 5-ci hissəsi ləğv edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 may tarixli 920 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 299 (Cild I) ilə təsdiq edilmiş “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1368 nömrəli 2001-ci il 12 sentyabr tarixli, 1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli və 1377 nömrəli 2001-ci il 12 noyabr tarixli qətnamələrinin yerinə yetirilməsinin təmin edilməsinə dair Tədbirlər Planı”nın 10-cu hissəsinin “İcraya məsul” sütunundan “, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti” sözləri çıxarılsın.
8. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust tarixli 1638 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 723 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
8.1. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru”;
8.2. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru” abzası ləğv edilsin.
9. “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 avqust tarixli 1640 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 725 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
9.1. “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru”;
9.2. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru” sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri ilə əvəz edilsin.
10. “Azərbaycan−Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1134 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
10.1. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru”;
10.2. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru” abzası ləğv edilsin.
11. “Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli 2236 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 650 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
11.1. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru”;
11.2. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru” abzası ləğv edilsin.
12. “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 11, maddə 1148 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
12.1. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru”;
12.2. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru” abzası ləğv edilsin.
13. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 563 (Cild I) 2-ci və 3-cü hissələri ləğv edilsin.
14. “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 1993 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 101 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
14.1. “Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru”;
14.2. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru” abzası ləğv edilsin.
15. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 sentyabr tarixli 3130 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 9, maddə 1081 (Cild I); 2024, № 2, maddə 150) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nda aşağıdakı dəyişikliklər edilsin:
15.1. 4.1.12-ci yarımbənddə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” sözləri “Azərbaycan Dəmir Yolları” sözləri ilə əvəz edilsin;
15.2. strategiyaya Əlavə 2 – “Vəzifələrin yerinə yetirilməsi məqsədi ilə qurumlar üçün əsas və dəstək tipli cavabdehlik cədvəli” üzrə:
15.2.1. 7-ci hissənin “Əsas” sütununda “BBDTL” akronimi “ADY” akronimi ilə əvəz edilsin;
15.2.2. 14-cü və 17-ci hissələrin “Dəstək” sütununda “BBDTL” akronimi “ADY” akronimi ilə əvəz edilsin;
15.3. “İxtisarlar” hissəsində “BBDTL – Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” sözləri “ADY – Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
16. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 mart tarixli 1121 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 3, maddə 316 (Cild I); 2024, № 2, maddə 161) 3-cü və 3-1-ci hissələri ləğv edilsin.
17. “Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 487 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1872 (Cild I); 2024, № 1, maddə 61) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
17.1. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinın (AZCON-un) icraçı direktoru”;
17.2. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru” abzası ləğv edilsin.
18. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 790 (Cild I); 2024, № 4, maddə 393, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddələr 647, 654, № 12 (II kitab), maddə 1359) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “7. Tədbirlər planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:
18.1. 1.1.10-cu yarımbəndin 7-ci abzasının “Digər icraçılar” sütununa “VXSİDA,” akronimindən sonra “AZCON,” akronimi əlavə edilsin;
18.2. 1.1.11-ci yarımbənd üzrə:
18.2.1. 2-ci abzasın “Əsas icraçı orqan (qurum)” sütununda “BBDTL” akronimi “ADY” akronimi ilə əvəz olunsun və həmin abzasın “Digər icraçılar” sütununa “İN” akronimindən sonra “, AZCON” akronimi əlavə edilsin;
18.2.2. 5-ci abzasın “Digər icraçılar” sütununda “BBDTL” akronimi “AZCON” akronimi ilə əvəz edilsin;
18.3. 1.1.17-ci yarımbəndin 2-ci abzasının “Digər icraçılar” sütununa “AZCON” akronimi əlavə edilsin;
18.4. “AKRONİMLƏR VƏ İXTİSARLAR” hissəsinə “AİH Azərbaycan İnvestisiya Holdinqi” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“AZCON “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)”.
19. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 noyabr tarixli 4179 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 11, maddə 1549 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nın “8. Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:
19.1. 8.1.1-ci yarımbəndin “Digər icraçılar” sütununa “RİNN” akronimindən sonra “, AZCON” akronimi əlavə edilsin;
19.2. 8.1.4-cü yarımbəndin “Digər icraçılar” sütununa “DSX” akronimindən sonra “, AZCON” akronimi əlavə edilsin;
19.3. 8.1.6–8.1.8-ci yarımbəndlərin “Digər icraçılar” sütununa “RİNN” akronimindən sonra “, AZCON” akronimi əlavə edilsin;
19.4. 8.1.9-cu yarımbəndin “Əsas icraçı” sütununda “BBDTL” akronimi “ADY” QSC” akronimi ilə əvəz olunsun və həmin yarımbəndin “Digər icraçılar” sütununa “DGK” akronimindən sonra“, AZCON” akronimi əlavə edilsin;
19.5. 8.1.10-cu yarımbəndin “Əsas icraçı” sütununda “BBDTL” akronimi “ADY” QSC” akronimi ilə əvəz olunsun və həmin yarımbəndin “Digər icraçılar” sütununa “RİNN” akronimindən sonra “, AZCON” akronimi əlavə edilsin;
19.6. 8.1.11-ci yarımbəndin “Digər icraçılar” sütununda “BBDTL” akronimi “AZCON, “ADY” QSC” akronimləri ilə əvəz edilsin;
19.7. 8.1.12-ci yarımbəndin “Əsas icraçı” sütununda “BBDTL” akronimi “ADY” QSC” akronimi ilə əvəz olunsun və həmin yarımbəndin “Digər icraçılar” sütununa “RİNN,” akronimindən sonra “AZCON,” akronimi əlavə edilsin;
19.8. 8.1.13-cü yarımbəndin “Digər icraçılar” sütununda “BBDTL” akronimi “AZCON” akronimi ilə əvəz edilsin;
19.9. 8.1.14–8.1.16-cı yarımbəndlərin “Digər icraçılar” sütununa “İN” akronimindən sonra “, AZCON” akronimi əlavə edilsin;
19.10. 8.1.18-ci yarımbəndin “Digər icraçılar” sütununa “DGK,” akronimindən sonra “AZCON,” akronimi əlavə edilsin və həmin sütundan “BBDTL,” akronimi çıxarılsın;
19.11. 8.2.2-ci yarımbəndin “Digər icraçılar” sütununa “TYKŞ,” akronimindən sonra “AZCON,” akronimi əlavə edilsin və həmin sütundan “, BBDTL” akronimi çıxarılsın;
19.12. 8.3.4-cü yarımbəndin “Digər icraçılar” sütununa “ƏN” akronimindən sonra “, AZCON” akronimi əlavə edilsin;
19.13. “AKRONİMLƏR” hissəsinə “AQTA – Qida Təhlükəsizliyi Agentliyi” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“AZCON − “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxs”.
20. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2517 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 182 (Cild I); 2024, № 6 (I kitab), maddə 693) ləğv edilsin.
21. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 8–12-ci və 14-cü hissələri ilə edilən dəyişikliklər barədə qarşı tərəflərə müvafiq bildirişlər göndərsin.
***
İlham Əliyev “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 244-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 74-cü maddəsinin 3-cü hissəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 74-cü maddəsinin 3-cü hissəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;
1.3. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.4. həmin Məcəllənin 28-1-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 244-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 486 (Cild I); 2024, № 7, maddə 823) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bəndə “hissəsində (hər iki halda)” sözlərindən sonra “və 74-cü maddəsinin 3-cü hissəsinin birinci və ikinci cümlələrində” sözləri əlavə edilsin;
3.2. 2.1-2-ci bənddən “6-cı maddəsinin dördüncü, yeddinci – onuncu abzaslarında,” sözləri çıxarılsın;
3.3. 2.1-3-cü və 2.1-4-cü bəndlər müvafiq olaraq 2.1-4-cü və 2.1-5-ci bəndlər hesab olunsun və aşağıdakı məzmunda 2.1-3-cü bənd əlavə edilsin:
“2.1-3. həmin Məcəllənin 6-cı maddəsinin dördüncü, səkkizinci – on birinci abzaslarında nəzərdə tutulmuş dövlətin vəzifələrini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;”;
3.4. 2.2-ci bənddən “6-cı maddəsinin on üçüncü və on dördüncü abzaslarında,” sözləri çıxarılsın;
3.5. aşağıdakı məzmunda 2.2-4-cü bənd əlavə edilsin:
“2.2-4. həmin Məcəllənin 6-cı maddəsinin on dördüncü və on beşinci abzaslarında nəzərdə tutulmuş dövlətin vəzifələrini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;”;
3.6. 2.3-1-ci bənddə “abzasında” sözü “abzasının birinci cümləsində” sözləri ilə əvəz edilsin;
3.7. 2.4-cü bənddə “on birinci” sözləri “on ikinci” sözləri ilə əvəz edilsin;
3.8. 2.11-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.12-ci bənd əlavə edilsin:
“2.12. həmin Məcəllənin 74-cü maddəsinin 3-cü hissəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur.”.
4. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 629 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.1-ci bəndə “Məcəlləsinin” sözündən sonra “28-1-ci maddəsinin birinci cümləsində,” sözləri əlavə edilsin;
4.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
“2.1-1. həmin Məcəllənin 28-1-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1126 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adına və 1-ci hissəyə “şəxslərinə” sözündən sonra “, habelə bələdiyyələrə” sözləri əlavə edilsin;
1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı”nın adına “şəxslərinə” sözündən sonra “, habelə bələdiyyələrə” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 245-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.7-ci maddəsinin ikinci cümləsində, 11-1.1-ci, 11-1.3-cü (hər iki halda), 12.1.3-cü maddələrində, 19.2-1-ci maddəsinin birinci və ikinci cümlələrində, 19.2-2-ci (hər iki halda), 19.5-1.2.1-ci, 19.5-1.2.3-cü (hər iki halda), 19.5-1.3-cü (hər iki halda) və 20.6-1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 11-1.1-ci, 19.5-1.2.1-ci, 19.5-1.2.3-cü (ikinci halda), 19.5-1.3-cü (ikinci halda) və 20.6-1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Qanunun 11.7-ci maddəsinin ikinci cümləsində, 11-1.3-cü (ikinci halda), 12.1.3-cü madddələrində və 19.2-1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.4. həmin Qanunun 11-1.3-cü (birinci halda) maddəsində, 19.2-1-ci maddəsinin birinci cümləsində, 19.2-2-ci (hər iki halda) və 19.5-1.3-cü (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;
1.5. həmin Qanunun 19.5-1.2.3-cü (birinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
2.1.1. beş ay müddətində:
2.1.1.1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.7-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin formalaşdırılması, toplanması, istifadə edilməsi və uçotunun aparılması qaydasını;
2.1.1.2. həmin Qanunun 12.1.3-cü maddəsinə uyğun olaraq, ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi qaydasını;
2.1.2. üç ay müddətində həmin Qanunun 19.2-1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi qaydalarını;
2.2. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 245-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 605 (Cild I); 2024, № 12 (II kitab), maddə 1363; 2025, № 1, maddə 24) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bəndə “(hər üç halda)” sözlərindən sonra “maddələrində, 11.7-ci maddəsinin ikinci cümləsində” sözləri, “12.1-ci,” sözlərindən sonra “12.1.3-cü,” sözləri, “20.4-2-ci,” sözlərindən sonra “20.6-1-ci,” sözləri əlavə olunsun və həmin bənddə “11-1.2-ci, 11-1.3-cü,” sözləri “11-1.1-ci, 11-1.3-cü (hər iki halda),” sözləri ilə, “və üçüncü abzasının birinci cümləsində,” sözləri “, 19.2-1-ci maddəsinin birinci və ikinci cümlələrində, 19.2-2-ci (hər iki halda), 19.5-1.2.1-ci, 19.5-1.2.3-cü (hər iki halda), 19.5-1.3-cü (hər iki halda),” sözləri ilə əvəz edilsin;
3.2. 2.4-cü bənddə “, 19.2-ci (ikinci və üçüncü halda)” sözləri “maddələrində, 19.2-ci maddəsinin dördüncü abzasında” sözləri ilə və “maddələrində” sözü “maddəsində” sözü ilə əvəz edilsin;
3.3. 2.12-ci bənddə “11-1.2-ci, 11-1.5-ci” sözləri “11-1.1-ci, 11-1.5-ci, 19.5-1.2.1-ci, 19.5-1.2.3-cü (ikinci halda), 19.5-1.3-cü (ikinci halda), 20.6-1-ci” sözləri ilə əvəz edilsin;
3.4. 2.13-cü bənddə “11-1.3-cü” sözləri “11.7-ci maddəsinin ikinci cümləsində, 11-1.3-cü (ikinci halda), 12.1.3-cü maddələrində, 19.2-1-ci maddəsinin ikinci cümləsində” sözləri ilə və “maddələrində” sözü “maddəsində” sözü ilə əvəz edilsin;
3.5. 2.14-cü bənddə “maddələrində, 19.2-ci maddəsinin ikinci abzasında və üçüncü abzasının birinci cümləsində” sözləri “, 11-1.3-cü (birinci halda) maddələrində, 19.2-ci maddəsinin ikinci abzasında, 19.2-1-ci maddəsinin birinci cümləsində, 19.2-2-ci (hər iki halda) və 19.5-1.3-cü (birinci halda) maddələrində” sözləri ilə əvəz edilsin;
3.6. aşağıdakı məzmunda 2.18-1-ci bənd əlavə edilsin:
“2.18-1. həmin Qanunun 19.5-1.2.3-cü (birinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;”.
4. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61 (Cild I); 2024, № 3, maddə 257, № 5 (I kitab), maddə 529; 2025, № 2, maddə 119) aşağıdakı dəyişikliklər edilsin:
4.1. həmin Fərmanla təsdiq edilmiş Əlavə II – “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə” üzrə:
4.1.1. 8.7-ci bənddə “xərcləri üzrə dövlətin adından büdcə təşkilatları qarşısında öhdəlik götürmək, bu öhdəliklər çərçivəsində” sözləri “təşkilatları tərəfindən satın” sözləri ilə əvəz edilsin;
4.1.2. 8.15-ci bəndə “fonduna” sözündən sonra “və Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fonduna” sözləri əlavə edilsin;
4.1.3. 8.33-cü bənddən “sərbəst” sözü çıxarılsın;
4.1.4. aşağıdakı məzmunda 9.15-1-ci və 9.15-2-ci bəndlər əlavə edilsin:
“9.15-1. “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun 14-1-ci maddəsinə uyğun olaraq, büdcə ssudalarının bağlanılması (ödənilməsi) üçün Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaitindən istifadə etmək;
9.15-2. büdcə ili ərzində yaranan büdcə artıqlığının (profisitin) və vahid xəzinə hesabının sərbəst qalığının “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-2-ci və 19.5-1.3-cü maddələrinə uyğun olaraq müəyyən edilmiş hissəsini Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürmək;”;
4.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə III – “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi haqqında Əsasnamə” üzrə:
4.2.1. 1-ci hissədən “büdcə xərcləri üzrə dövlətin adından büdcə təşkilatları qarşısında öhdəlikləri qəbul edən,” sözləri çıxarılsın;
4.2.2 . 8.1-ci bənddən “qabaqcadan dövlət (büdcə) öhdəlikləri götürür və bu öhdəliklər çərçivəsində” sözləri çıxarılsın;
4.2.3 . 9.6 -cı bənddə “xərcləri üzrə dövlətin adından büdcə təşkilatları qarşısında öhdəlik götürmək, bu öhdəliklər çərçivəsində” sözləri “büdcə təşkilatları tərəfindən satın” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 962 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1058 (Cild I); 2024, № 11, maddə 1198, № 12 (II kitab), maddə 1359) ilə təsdiq edilmiş “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə”nin 3.6-cı bəndi aşağıdakı redaksiyada verilsin:
“3.6. Fondun hesabında ilin sonuna qalan istifadə olunmamış vəsait vahid xəzinə hesabının sərbəst qalığına aid edilir.”.
6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 may tarixli 72 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 940 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası”nın 2.0.8-ci yarımbəndindən və həmin Qaydaya 8 nömrəli əlavənin adından “sərbəst” sözü çıxarılsın.
7. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 oktyabr tarixli 842 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 10, maddə 1587 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndindən və 2.0.5-ci, 3.0.15-ci, 3.0.16-cı, 3.0.27-ci yarımbəndlərindən “sərbəst” sözü çıxarılsın.
8. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 dekabr tarixli 1568 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1433 (Cild I) ilə təsdiq edilmiş “İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hesablanması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
8.1. 3.3-cü və 3.4-cü bəndlər ləğv edilsin;
8.2. 4-cü hissədə “maddəsinin icrasını təmin etmək məqsədilə həmin Qanunun 11-1.2-ci maddəsinə” sözləri “və 11-1.2-ci maddələrinə” sözləri ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 11 aprel tarixli 1661 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 322 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası”nın 3.4-cü bəndində “İlin sonuna Nazirliyin xüsusi hesabında qalan xərclənməmiş vəsaitdən” sözləri “Nazirliyin xüsusi hesabında ilin sonuna qalan xərclənməmiş vəsaitdən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla” sözləri ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 351 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 190 (Cild I) ilə tәsdiq edilmiş “Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamə”nin 3.6-cı bəndi aşağıdakı redaksiyada verilsin:
“3.6. Dövlət Fondunun hesabında ilin sonuna qalan istifadə olunmamış vəsait vahid xəzinə hesabının sərbəst qalığına aid edilir.”.