Tarix: 24-07-2024, 11:45
Ermənistanın baş naziri Nikol Paşinyan avqustda keçirəcəyi mətbuat konfransında ölkəsinin noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakına dəvət məsələsinə toxunacaq.
Shir.az xəbər verir ki, bu barədə "Hraparak" qəzetinə Ermənistan hökumətinin İnformasiya və ictimaiyyətlə əlaqələr İdarəsindən məlumat verilib.