Tarix: Dünən, 16:30
Milli Məclisin (MM) Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası qonşu dövlətlərdən birinin ərazisindən Azərbaycana qarşı aparılan qeyri-dost fəaliyyətlərin sosial media və sosial şəbəkə platforması olan “Facebook” vasitəsilə hələ də davam etdiyini müşahidə edir.
Shir.az-ın məlumatına görə, belə ki, bir sıra səhifələr (“Echo of Baku”, “Azeri Horizon”, “Xəbər24”, “Merry you”, “Azerbaijan Pulse”, “Az insight” və s.) vasitəsilə adıçəkilən platforma üzərindən Azərbaycan Respublikasının informasiya məkanına hədəfli müdaxilə cəhdləri edilərək ölkədə ictimai fikri çaşdırmağa, dövlətin apardığı uğurlu daxili və xarici siyasətə kölgə salmağa çalışılır.