Son xəbərlər:
Gənclər Kitabxanasında Xalq şairi Fikrət Qocanın 90 illiyi münasibətilə sərgi açılıb                        Prezidentə futbol forması hədiyyə edildi                        Azərbaycan Badminton Federasiyasında yeni təyinat olub                        MM konstitusiyaya uyğun olaraq sentyabrın 30-da payız sessiyasına başlayacaq                        Bu ilin ötən dövründə Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı artıb                        Prezident Stiven Doutini qəbul etdi                        Как Азербайджан задает темп региональной политике - РАСКЛАД от Новруза Аслана                        Göygöldə “II Moruq Festivalı” keçiriləcək Göygöldə “II Moruq Festivalı” keçiriləcək                        Ağdərədə insan sümüklərinin qalıqları aşkarlanıb                        Naxçıvan fermerlərinə payızlıq əkin üçün 320 ton taxıl toxumu alınır                        Kəlbəcərdə DOST məntəqəsi fəaliyyətə başlayıb                        Neft həftəyə bu qiymətlə başladı                        "Turan Tovuz"la oyunda vurulan ilk qol "Araz-Naxçıvan" üçün əlamətdar olub                        “Sədərək” ticarət mərkəzindəki yanğın məhdudlaşdırıldı                        Qəbələdə fındıq bağında çətənə kolu yetişdirməkdə təqsirləndirilən şəxs həbs olunub                        Qərbin hökmranlığının sonu yaxınlaşır - Diplomat                        "Sədərək" ticarət mərkəzində yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib                        Zelenski Donbas istiqamətində müsbət dinamikanın olduğunu açıqlayıb                        Gəncədən Sankt-Peterburqa təxirə salınmış uçuş baş tutub                        "Sədərək" ticarət mərkəzindəki yanğının bəzi təfərrüatları açıqlanıb                        Azərbaycan XİN Ukraynanı təbrik edib                        BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür                        DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis hadisə yerinə cəlb edilib                        Prezident: Azərbaycan-Ukrayna əlaqələri xalqlarımızın bir-birinə dərin rəğbətindən, dostluq və qarşılıqlı hörmətdən qaynaqlanır                        İlham Əliyev: Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir                        Prezident İlham Əliyev Volodimir Zelenskini təbrik edib                        Novruzəli Aslanov: “Laçın rayonunda genişmiqyaslı quruculuq işləri aparılır”                        Gürcüstan DTX-nin rəisi Kobaxidze ilə məsləhətləşmələrdən sonra istefa verib                        Tokayev və Makron Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər                        Zelenski: Təhlükəsizlik zəmanətləri yaxın günlərdə hazır olacaq                       
Tarix: Bu gün, 12:00

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Doutini qəbul edib.

Shir.az xəbər verir ki, Stiven Douti Vaşinqtonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması ilə əlaqədar əldə olunmuş tarixi nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı, ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu bildirdi. Qonaq, həmçinin Vaşinqtonda regional nəqliyyat bağlantıları ilə bağlı əldə edilmiş nəticələrin əhəmiyyətinə toxundu.

Stiven Douti ötən il COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsi və qazanılmış uğurlar münasibətilə təbriklərini çatdırdı.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi. Prezident İlham Əliyev Azərbaycanın sülh gündəliyinin və Ermənistanla normallaşma prosesinin irəli aparılması üçün bundan sonra da səylərini davam etdirəcəyini dedi.

Dövlətimizin başçısı COP29 zamanı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin Azərbaycana səfərini və onunla keçirilmiş görüşünü xatırladı.

Söhbət zamanı Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, siyasi münasibətlərimizin mövcud vəziyyətindən məmnunluq ifadə olundu. İqtisadi, ticari, informasiya-kommunikasiya texnologiyaları, təhsil və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğu bildirildi. Azərbaycanla Böyük Britaniya arasında enerji sahəsində əlaqələrə toxunularaq, bu xüsusda ölkəmizlə bp arasında 30 ildən artıq davam edən səmərəli əməkdaşlıq qeyd olundu, bunun həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində uğurla həyata keçirildiyi vurğulandı. Bp ilə qarşılıqlı faydalı əməkdaşlığın qarşıdan gələn onilliklər ərzində də davam edəcəyinə ümidvarlıq ifadə olundu.

Sonda qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031