Tarix: 17-07-2024, 13:53
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Sloveniyanın ən böyük təbii qaz təchizatı şirkəti “Geoplin” arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Shir.az-a SOCAR-dan məlumat verilib.
Bildirilib ki, bu gün SOCAR prezidenti Rövşən Nəcəf Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Sloveniya arasında enerji sektorunda əlaqələrin uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub, təbii qaz təchizatı sahəsində əməkdaşlıq üçün geniş potensialın olduğu vurğulanıb.