Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 27-08-2025, 14:00

 

Bakıda “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr edilən II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun bağlanış mərasimi olub.

Shir.az xəbər verir ki, forum Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə birgə təşkil edilib.

Mərkəzin icraçı direktoru Rəvan Həsənov bildirib ki, forumun mövzusu - “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” özünü sözün əsl mənasında doğruldub. Forum müddətində iştirakçılar Bakı, Xankəndi və Şuşada bir araya gələrək faydalı müzakirələr aparıb, müxtəlif baxış bucaqlarını bölüşüblər və bir daha əmin olduq ki, gənclər bu gün multikultural dünyada sülh quruculuğunun əsas qüvvəsidir. Bakı ilə yanaşı Xankəndidə və Şuşada keçirilməsi sülhün davamlılığını, bu ərazilərdə birgəyaşayışın yenidən qurulması zərurətini simvolizə edir:

"Qürur hissi ilə deyə bilərik ki, bu Forum vasitəsilə dünyanın müxtəlif guşələrindən gəlmiş gənclər multikulturalizmin Azərbaycan nümunəsini yaxından gördülər. Onlar şahid oldular ki, burada multikulturalizm sadəcə bir şüar deyil, dövlət siyasəti, gündəlik həyat tərzi və birgəyaşayış fəlsəfəsidir".

Gənclər və idman naziri Fərid Qayıbov gənclərin Azərbaycan hökuməti üçün əhəmiyyətindən bəhs edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər üçün müxtəlif səpkili tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

ICESCO-nun Bakı regional ofisinin direktorunun müavini Məryəm Qafarzadə deyib ki, mədəniyyətlərarası dialoqun və sülhün təşviqinə sadiqlik ruhlandırıcı və təqdirəlayiqdir:

"Sülh, sadəcə, bir anlayış deyil. O İslamda dərin kök salmış əsas dəyərdir və ICESCO-nun missiyasının mərkəzi sütunudur. ICESCO uzun müddətdir sülh, təhsil və mədəniyyətlərarası dialoqun müdafiəçisidir. Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstana xidmət edən Bakıdakı regional ofisimiz əməkdaşlığa, mədəni mübadilə və barışığa təkan verən proqram və təşəbbüslərin həyata keçirilməsində fəal iştirak edir. Bakı, Xankəndi və Şuşada keçirilən bu Forum gəncliyin, birliyin və ümumi dəyərlərin gücünün sübutudur".

Nordik Münaqişələrin Transformasiyası Mərkəzinin direktoru Noufal Abboud və Stirlinq Fondunun regional direktoru Mohamed Dahab Forumun əhəmiyyətinə toxunaraq, tədbirin gənclər üçün faydalı olduğunu bildirib.

Xatırladaq ki, “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr olunan II Beynəlxalq Multikulturalizm Gənclər Forumuna avqustun 22-də start verilib.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930