Tarix: 9-07-2024, 15:20
Ermənistan parlamentinin spikeri Alen Simonyan MDB Parlamentlərarası Assambleyasının (PA) iclasında iştirakdan imtina edib.
Shir.az “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, A.Simonyan iyulun 12-də Sankt-Peterburqda baş tutacaq görüşdə iştirak etməyəcək.