Tarix: Dünən, 16:30
Ağdam Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev vəzifəsindən ayrılıb.
Shir.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
Allahverən Əliyevin vəzifədən ayrılma səbəbi açıqlanmayıb.
A.Əliyev 15 iyul 1955-ci ildə Ağdam rayonu Çəmənli kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb. Baytardır.