Milli Məclisin deputatı Novruzəli Aslanov 10 sentyabr 2025-ci il tarixində İsmayıllı rayonunda növbəti dəfə seçiciləri qəbul edib.
Shir.az xəbər verir ki, bu dəfəki qəbul rayonun Uştalqışlaq kəndində keçirilib.
Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Xüsusilə kənd sakinləri elektrik enerjisi və içməli su təchizatında yaşanan müəyyən problemləri diqqət mərkəzinə gətiriblər. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.
Deputat Novruzəli Aslanovun keçirdiyi qəbulda iştirak edən Uştalqışlaq kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.