Son xəbərlər:
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                        TƏCİLİ: İranın “Şahid” dronu Naxçıvana düşdü – məktəblərdə təxliyə başladı                        SON DƏQİQƏ – İran raketləri Naxçıvan hava limanına düşüb?                        Millət vəkili Novruzəli Aslanov İsmayıllı seçiciləri ilə onlayn görüş keçirib                        Fərid Bağırzadə nazir təyin olundu                        Prezident onlara xüsusi təqaüdlər verdi                        İlham Əliyev bu məqsədlə İran səfirliyinə getdi                        Novruzəli Aslanov: Azərbaycan qlobal enerji təhlükəsizliyində etibarlı və strateji tərəfdaşdır                        Baş Dövlət Yol Polisi vətəndaşlara xəbərdarlıq etdi - saxta cərimə SMS-lərinə aldanmayın                        Opera Studiyasında Ramiz Rövşənin poeziya gecəsi böyük maraqla keçirilib                        Prezident İlham Əliyev yeni kommunal texnikalarla tanış olub                        Hacı Şahin Həsənli – unudulmaz ilahiyyatçı və böyük insanın xatirəsinə                       
Tarix: 18-07-2024, 11:02

Yay fəslində həzm xəstəliklərinə təsir göstərən faktorlar olur. Düzgün qida seçilməməsi, qidaların düzgün saxlanılması və təkrar istifadəsi, infeksion, mövsümü insan davranışları, qidalanma rejiminin dəyişməsi və. s.

Shir.az xəbər verir ki, bu fikirləri “Sağlam radio”da yayımlanan “Sağlam səhər” verilisində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, yay aylarında adətən həzm problemi, ishal, mədə ağrısı, öd daşının ağrı tutmaları, ürək bulanma və qusma şikayətli pasientlərin müraciətinə tez-tez rast gəlinir:

“Bəzi insanlarda bütün bu əlamətlərin hamısı eyni vaxtda görünə bilər. İsti yay günlərində bədən daha çox maye, mineral itkisinə məruz qalır, nəticədə qəbizlik halları artır, insanlar az iştahalı olur. Yay aylarında daha çox səyahət edildiyindən səyahətçi diarreyası dediyimiz ishal halları yaranır.
İsti hava xüsusi ilə qida ilə yoluxan xəstəlik törədən mikroblar üçün ideal şəraitdir. Yay aylarında farş ətdən hazırlanan qidalar, süddən hazırlanan kremli məhsullar, hazırlanan yeməkləri soyuducuda belə olsa, saxlayıb təkrar yeməmək tövsiyə edilir. Qida hazırlanarkən bir neçə saat içində tükənməlidir”.
Qastroenteroloq bildirib ki, bu fikir məhz yayın əsas meyvəsi qarpız və yemişə də aiddir:

“Onları yaxşı yumaq şərtdir, çünki xəstələnmənin əsas səbəbi torpaqla kontaktdan meyvəyə düşən mikroblar tərəfindən törədilir. Digər məsələ soyuducuda saxlayıb bir neçə gün yeyilməsi məsləhət görülmür”.

Mütəxəssis-ekspert bildirib ki, dəniz mövsümündə günvurma və dəniz suyunun udulması ilə bağlı mədə bağırsaq pozuntuları, qusma və ishal şikayətləri ilə müraciət edilməsinə səbəb duzlu suyun həzm sistemini qıcıqlandırması və infeksiya səbəbi ilə baş verir:

“Yay fəslində uzun müddətli mədə turşuluğunu salan dərmanlar qəbul edən pasientlər qidalanarkən daha diqqətli olmalıdırlar, çünki turşuluq bizi mikrobların daxil olmasından qoruyan baryer olduğundan zəhərlənmə və patogen mikroblara daha tez yoluxa bilərlər”.

Ekspert sonda dinləyicələrə yay aylarında mövsümündə yetişən tərəvəz və meyvələrə üstünlük verməyi, hər bədən kiloqramına 20-30 ml olmaqla su istifadə etməyi, gün vurmalardan qorunmaq üçün günün pik saatlarında gün altında olmamağı, qidalar hazırlanarkən dərhal yeyilməsini və saxlanma qaydalarına uyğun şəkildə saxlamağı məsləhət görüb.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031