1995-ci ildən 2024-cü ilin birinci I rübünün sonuna qədər Serbiyanın Azərbaycanın qeyri-neft-qaz sektoruna birbaşa investisiyalarının məbləği 3,6 milyon ABŞ dolları təşkil edib.
Shir.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasında bildirib.
"Azərbaycanda 6 Serbiya şirkəti dövlət qeydiyyatına alınıb, onlardan 4-ü kənd təsərrüfatı, infrastruktur və xidmət sektorlarında aktiv fəaliyyət göstərir. Azərbaycan isə Serbiya iqtisadiyyatına 2,8 milyon ABŞ dolları investisiya yatırıb", - deyə o qeyd edib.
"Bu ilin I yarısında Azərbaycanla Serbiya arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfədən çox artaraq 30,9 milyon ABŞ dolları olub", - deyə nazir müavini əlavə edib.