Tarix: 9-07-2024, 17:50
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Cibc Global" MMC-ni dövlət qeydiyyatına alıb.
Shir.az Report-a istinadən xəbər verir ki, yeni kommersiya qurumu Dövlət Neft Şirkətinin (SOCAR) vaxtilə baş ofisinin yerləşdiyi, hazırda şirkətin "Azneft" İstehsalat Birliyinin ofisinin fəaliyyət göstərdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 73 ünvanında qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 5 000 000 manat, qanuni təmsilçisi isə Rüfət Zeynalabdin oğlu Həmzəyevdir.