Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 5-09-2025, 18:00

 

Ermənistan-Azərbaycan sülh prosesi çərçivəsində elan edilmiş və bölgə üçün böyük perspektivlər vəd edən nəqliyyat dəhlizləri və "Yaşıl Enerji Dəhlizi" kimi yeni təşəbbüslər Azərbaycan və Macarıstan arasında əməkdaşlıq üçün geniş imkanlar açır.

Shir.az Maliyyə Nazirliynə istinadən xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Sahil Babayev Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Hökumətlərarası İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclasında deyib.

"Azərbaycan üçün bu dəhlizlər Şərqlə Qərb arasında mühüm əlaqələndirmə mərkəzi olmaq strategiyası ilə üst-üstə düşür, Macarıstan üçün isə logistika, ticarət, enerji tranziti və sənaye sahələrində  əməkdaşlıq baxımından yeni imkanlar açır", - nazir qeyd edib.

O çıxışında ticarət, investisiya, enerji, nəqliyyat, turizm, işğaldan azad edilmiş ərazilərin bərpası, humanitar sahələrdə əməkdaşlığın uğurlu nəticələrindən bəhs edib. 

S. Babayev bildirib ki, Azərbaycan–Macarıstan Hökumətlərarası Birgə Komissiyası iqtisadi münasibətlərin möhkəmləndirilməsində həlledici rol oynayır və Budapeştdə keçirilən və gündəliyi olduqca geniş olan XI iclasın nəticələri iki ölkənin ticarət, biznes və investisiya, energetika, əmək, məşğulluq və sosial müdafiə, elm və təhsil, səhiyyə, mədəniyyət, turizm, qida təhlükəsizliyi, şəhərsalma, su ehtiyatlarının idarə edilməsi və digər sahələrdə əməkdaşlığının gücləndirilməsi baxımından məhsuldar olacaq.

Azərbaycan və Macarıstan arasında 61 sənədin imzalanması, geniş hüquqi bazanın formalaşdırılması, ticarət dövriyyəsinin 2024-cü ildə 29 % artaraq 62 milyon ABŞ dollarını ötməsi, enerji və bərpa olunan enerji sahəsində mühüm layihələrin həyata keçirilməsi, habelə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Macarıstan şirkətlərinin fəal iştirakı və humanitar əlaqələrin genişlənməsi Birgə Komissiyanın iclasında mühüm nailiyyətlər kimi qiymətləndirilib.

Komissiyanın həmsədri –  Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto çıxışında Azərbaycanla əməkdaşlığın qarşılıqlı hörmət və fayda üzərində qurulduğunu və bu əməkdaşlığın ən strateji sahələri əhatə etdiyini vurğulayıb. Azərbaycanla enerji sahəsində əməkdaşlığın neft və qaz resursları olmayan Macarıstanın beynəlxalq enerji bazarında mövqeyində də dəyişikliyə gətirib çıxardığını qeyd edib. Belə ki, Macarıstan hazırda yalnız qaz alıcısı deyil, həm də artıq başqa ölkələrə qaz satışını həyata keçirir. 

İclas başa çatdıqdan sonra S. Babayev və P. Siyarto tərəfindən Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclasının nəticələrinə dair protokol, həmçinin "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət Planı", "Azərbaycan Tibb Universiteti, Macarıstanın PECS Universiteti, "SCANDENS PHARMACEUTICALS INDUSTRIES LTD." və "PANNONPHARMA" arasında Anlaşma Memorandumu" hər iki tərəfin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri tərəfindən imzalanıb.

Komissiyanın həmsədrlərinin iclasdan əvvəl təkbətək və geniş tərkibdə keçirilən görüşlərində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və bu əməkdaşlığın genişləndirilməsi imkanları ətraflı müzakirə edilib və ticarət, iqtisadiyyat, investisiya, enerji və digər sahələri əhatə edən Birgə Komissiyanın növbəti iclasının geniş məzmunlu gündəliyi nəzərdən keçirilib.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda çıxış edən S. Babayev iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hörmət prinsipləri əsasında müxtəlif sahələrdə ardıcıl şəkildə genişləndiyini bildirib. 2024-cü ildə Macarıstanın Baş naziri Viktor Orbanın Şuşada Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında və Bakıda keçirilmiş COP29-da iştirakının, eyni zamanda Prezident İlham Əliyevin cari ilin may ayında Macarıstana etdiyi sonuncu səfərin ölkələr arasındakı dostluğun və strateji tərəfdaşlığın aydın göstəricisi olduğu qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya 18 fevral 2008-ci il tarixində Budapeşt şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında  iqtisadi əməkdaşlıq haqqında Saziş"in 4-cü maddəsinə uyğun olaraq yaradılıb və Birgə Komissiyanın bundan əvvəl 10 iclası keçirilib.

 



Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031