Tarix: 29-07-2024, 10:50
Peru hökuməti Venesueladakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.
Shir.az-ın məlumatına görə, bu barədə Perunun xarici işlər naziri Xavyer Qonzales-Olaeçea "X" sosial şəbəkəsində yazıb.
"Venesuela seçki orqanlarının rəsmi açıqlamaları fonunda Perunun bu ölkədəki səfirinin məsləhətləşmələr üçün dərhal geri çağırılması qərara alınıb", - o bildirib.