Tarix: 21-08-2024, 09:08
İsrail ordusunun Qəzza zolağının müxtəlif ərazilərinə endirdiyi zərbələr nəticəsində 50-dən çox insan həlak olu.
Shir.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, atışma və bombardman zamanı azı 52 fələstinli həlak olub, onlardan 12-si Qəzza şəhərindəki məktəbdə, 9-u isə anklavın mərkəzi hissəsindəki bazarda ölüb.
Hərbçilərin anklavın cənubundakı Rəfah şəhərində və qonşu Xan-Yunisdə də bir neçə binanı partlatdığı bildirilib.